Bu videoya görə 10 milyonluq səhifəsi bloklandı

Bu videoya görə 10 milyonluq səhifəsi bloklandı

Bloger Sergey Kosenkonun Amerika hesabı qalmaqallı videoya görə bloklanıb.

Bloqer buna görə istintaqa verilə bilər - FOTOlar 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 2 aylıq oğlunu qarın üstünə atıb, video çəkən bloger tənqid edilmişdi. Kosenkonun sərmayə qoymağı və uğurlu həyatın sirlərini öyrətdiyi hesabında 10 milyon abunəçisi var idi.

Sergeyin oğlu Leonu qar yağışına atdığı videoya çox sayıda şikayət gəlib. Video böyük ictimai rezonansa səbəb oldu: əvvəlcə Kosenkonun abunəçiləri bundan qəzəbləniblər, daha sonra Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina bundan şikayət edib. Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Baş Prokurorluğa göstəriş verib. İstintaq İdarəsi blogerə qarşı cinayət işi qaldırıb. Hüquq-mühafizə orqanları ABŞ-da yaşayan Kosenkonu Rusiyaya qaytarmalı olacaqlar.

Kosenkonun özü əvvəlcə tənqidlərə gülüb, sonra isə onun oğlu yox, gəlincik olduğunu deyib. Qalmaqal yarandıqdan sonra Kosenko iki dəfə üzr istəyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun