Bütün dövrlərin məşhur cizgi filmi olan "Telepuzik"lərdə körpə günəşi canlandıran Jess Smith ana olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Smit ən gözəl gününün sevincini sosial şəbəkədə paylaşıb.
İlk bölümü 1997-ci ildə yayımlanan və dünyada böyüklü-kiçikli hamı tərəfindən sevilən, geniş tamaşaçı kütləsinə malik olan "Telepuzik"lər cizgi filmi yayımlandığı gündən izləmə rekordları qırıb. Cizgi filmi sayəsində dünyanın ən çox tanınan körpəsi olan, lakin sonradan televiziya dünyasını nəzərə almasaq, özü üçün tamam fərqli karyera planı quran Smit ana olduğunu açıqlayıb.
Uzun müddətdir Rik Lathamla evli olan 28 yaşlı Smit körpəsinin əli ilə paylaşdığı fotoya "Səninlə bir həftə" şərhini yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun