Hicaba keçmək istədiyini deyib, ağladı

Hicaba keçmək istədiyini deyib, ağladı

İnfluenser Nərmin Kazımzadə açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, Şeyx Zayed məscidini ziyarət edən bloger hicaba keçmək istədiyini, lakin bacarmadığını bildirib. Göz yaşı tökən Nərmin 13 ildir namaz qıldığını söyləyib:

“Namaz qıldım, ağladım. İçimdən elə duyğular gəldi ki... Bilmirəm, niyə? Bəlkə başqa auraya düşüb, onu hiss edirsən. Tövbə edəcək nəyimsə yox idi. Amma illərdir yazırsınız ki, namaz qılırsan, yenə də açıq geyinirsən. Həmişə bu yükü üzərimdə hiss etmişəm. Mənim üçün ya hicabdasan, ya da deyilsən. Uzun da geyinsən, sayılmır. Hər dəfə dua edirəm ki, Allah bir yol açsın, elə bir iman versin ki, hicaba girim. Yeddi ildir səhifəm fəaliyyətdədir. Hər dəfə eyni geyimdə, eyni tərzdə oluram. Gərək hamısını silim, bu da böyük əziyyətdir. Bəlkə də bəziləriniz bunu anlamaz. 

Deyərsiz, nədir ki? Bir kontent var, mən ora ürəyimi qoymuşam. Düzdür, hicabla başlamamışam. Deyirəm, kaş evlənən kimi hicaba keçərdim. O qədər əziyyətim heyif olur. İçimdəki düşüncələr bunlardır. Necə var, elə də danışıram. Çox dua edirəm, imanım o qədər güclü olsun ki, kontentimə heyfim gəlməsin. Deyim, buna görəmi bunu edirdim? Amma olmur. Ona görə öz halıma məyus oluram. Bəlkə də başa düşməzsiniz, deyərsiniz, nə danışır. Əslində həyatda tək dərdim budur”.