Yazıçı Rövşən Abdullaoğlunun “Bu şəhərdə kimsə yoxdur” bestselleri serial olur.
OLAY-ın məlumatına görə, “Xəzər” TV-də yayımlanacaq ekran işinin baş prodüseri Amiran Babayev, quruluşçu rejissoru Rüfət Şahbazov, ssenari müəllifi isə Rövşən Abdullaoğlunun özüdür.
Serial aktyor heyəti ilə də diqqət çəkir. Belə ki, layihədə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artistlər Firdovsi Atakişiyev, Rasim Cəfər, aktyorlar İbrahim Çingiz, Əlibəy Məmmədli, Kamil Nazim, aktrisalar Zülfiyyə Qurbanova, Aydan Axundzadə (Çingiz), Ləman Mərrih canlandıracaq.
Bundan başqa serialda Tərlan Məmmədhüseynov, Zülfiyyə Məmmədova, Aydan Ağazadə, Ofeliya Novruzqızı, Nilgün Özkundakçı, Vahid Orucoğlu, İbrahim Laçın, Elçin Məmmədli, Abdülqəni Əliyev, İlqar Qurbanov, Ceyhun Xəlil, Xan Həsən, Aytac Məmmədova, Mehdi Yaqubov, Cavid Məlikli, Ülviyyə Verdiyeva, Xeyrəmsəxanım Rəhimova, Sahib Kərimov, İkram Rəhmanov, Eldar Əliyev, Səlimə Aslanova, Həsənağa Ağayev, İsmayıl Hüseynov, İsrail Cəbrayılov, Yeva Əlvida və başqa sənətçilər yer alacaq.
Qeyd edək ki, serialın çəkilişlərinə bu gündən etibarən başlanılıb.
Onu da bildirək ki, “Bu şəhərdə kimsə yoxdur” psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub.