Xalq artisti Röya Ayxan bu gün mətbuatda yayılan keçmiş həyat yoldaşı Anar Cəlilovla barışması xəbərlərinə reaksiya verib.
OLAY yazır ki, sənətçi bu barədə instaqramda məlumat yayıb.
“Rəhim Rəhimlinin də olduğu bir paylaşım etdik. Hər kəs o tərəfə yozdu. Əzizlərim biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə, nə barışıq? Hər birimiz xoşbəxtik, amma hərə öz evində”, - deyə, estrada ulduzu açıqlamada vurğulayıb.
Qeyd edək ki, R. Ayxan instaqramın hekayə bölməsində keçmiş həyat yoldaşı ilə videosunu paylaşıb. Kadrlarda mərhum müğənni Rəhim Rəhimli də yer alıb.