Dünən baş rollarda Aslıhan Malbora ilə Cağatay Ulusayın çəkildiyi "Kübra" serialının qalası olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Netflix"də yayımlanacaq serialın rejissorluğunu Yağmur və Durul Taylan edib. Qala gecəsində aktyorlarla yanaşı çəkiliş heyəti də iştirak edib.
28 yaşlı kino ulduzu gecədə geyimi ilə göz qamaşdırıb. Onun korset və krujevadan hazırlanan qara libasını məşhur modelyer Raşit Bagzibaglinin hazırladığı məlum olub. Libasını bahalı zinət əşyaları ilə tamamlayaraq aktrisa valehedici obraz yarada bilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun