"Sen Çal Kapımı" serialının ulduzu, aktrisa Hande Erçel yaxtada istirahətindən silsilə fotolar yayımlayıb.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, şəkilləri "Instagram"da paylaşıb.
Hande Erçel qarnında yarıqlar olan rəngli mini paltarda pozalar verib. Görünüş, boyun ətrafında sandal və kulonlarla tamamlanıb. O, saçlarını açıq qıvrımlara buraxıb və makiyajını çəhrayı ənliklə edib. Fotoda o, dostunu qucaqlaıb.
Sosial şəbəkə istifadəçiləri fotoya belə şərhlər yazıblar:
"Gözəl obraz", "Sən super görünürsən", "Gözəl", "Üst paltar sənə inanılmaz yaraşır", "Ən gözəl", "Mükəmməllik", "Mükəmməl fiqur", "Gözəllik", "İlahə".
Aktrisa son illər çox dəyişib. Hande Erçel sərt pəhriz məhdudiyyətləri və müntəzəm idman məşqləri sayəsində xeyli arıqladığını bildirib. O, saç rəngini də dəyişib.
Bu yaxınlarda Hande Erçel yaxınlaşan toyla bağlı söz-söhbətlərə səbəb olub. Cütlük birlikdə Balidə istirahət edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun