Dilarə Əliyeva Türkiyədə fotosessiya etdirdi

Dilarə Əliyeva Türkiyədə fotosessiya etdirdi

Əməkdar artist Dilarə Əliyeva Türkiyə də fotosessiya etdirib.

OLAY yazır ki, aktrisa məşhur fotoqraf Ünal Avcının kamerası qarşısına keçib. Fotosessiya İstanbulda baş tutub və ağ, qara, qırmızı rəng konsepti üzərində qurulub.

Çəkilişlərdə sənətçi fərqli obrazları ilə diqqət çəkib. D.Əliyeva yeni fotolarını instaqramda paylaşıb.