Pərəstişkarlarından Madonnanaya qarşı ağlasığmaz addım

Pərəstişkarlarından Madonnanaya qarşı ağlasığmaz addım

Amerikalı müğənni Madonnanın iki pərəstişkarı sənətçini məhkəməyə verib.

Axşam.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.

Sənətçinin Maykl Follovs və Conatan Hadden adlı pərəstişkarları dekabrın 13-də "Barclays Center"də Madonnanın şousunda iştirak ediblər. Onlar ulduzun Nyu-Yorkdakı konsertinə çox gec başlamasından şikayətləniblər. Konsertin saat 20.30-da başlaması nəzərdə tutulsa da, müğənni yalnız 22.30-dan sonra səhnəyə çıxıb.

Bu baxımdan şou gecikib və gecə saat ikidə bitib. Tamaşaçılar ictimai nəqliyyat  problemi ilə üzləşdikləri üçün xərclərini artırmalı olub.

Onlar müğənnini, konsert məkanın, tur promouterini ədalətsiz, yalançı və reklamdan qeyri-məqbul istifadə etməkdə ittiham ediblər.

Qeyd edək ki, bu, Madonnanın konsertində gecikmələrə görə üzləşdiyi ilk məhkəmə çəkişməsi deyil.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun