Rəmişin xanımından İNTİHAR TƏHDİDİ: “Məni boğaza yığmayın....”

Rəmişin xanımından İNTİHAR TƏHDİDİ: “Məni boğaza yığmayın....”

"O qədər Rəmişin pulunu saydılar, axırda çörək almağa, dərmanlarını almağa pul tapmadıq".

Milli.Az bildirir ki, bu sözləri Xalq artisti Rəmişin (Rafiq Hüseynov) həyat yoldaşı Gülü Hüseynova Yenicag.az-a açıqlamasında deyib.

O, mərhum sənətkarın evinin satılması xəbərini yayanlara səslənib:

"Yazırlar ki, evi 280 minə satıram. O evin qiyməti uzağı 150 min edir. Bu ev villa deyil, adi evdir. İkincisi də, evi satdım-satmadım, kimə nə dəxli var axı? Vaxtında Rəmişin harada yatıb-durduğu, nə yeyib-içdiyi barədə niyə maraqlanan yox idi?

O qədər Rəmişin pulunu saydılar, axırda çörək almağa, dərmanlarını almağa pul tapmadıq. Evimdə, əlimdə nəyim vardı, satdım, dərman aldım ki, Rəmişi yaşada bilim. Maşında yatırdıq, evimiz-eşiyimiz yox idi, onda gətirib bizə çörəkpulu verən tapılmırdı.

Rəmiş indi yadlarına düşüb? Oğurluq etmirəm, ev yıxmıram, öz evimdir, satanda kiməsə hesabat verməliyəm? Rəmişi çərlədib öldürdülər, indi də məni çərlədib öldürmək istəyirlər.

Əl çəksinlər yaxamdan, yoxsa, buradan deyirəm, intihar edəcəm. Qabaqcadan da məktub yazıb qoyacam. Bu ev söhbətini yığışdırın, məni boğaza yığmayın, imkan verin, əlimin zəhməti ilə, min bir əziyyətlə çörəkpulumu qazanım".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun