Amerikalı aktyor Alec Balduin çəkiliş meydançasında atdığı güllə ilə kinooperator Qalina Xatçinsi öldürməsi səbəbi ilə yenidən "ehtiyatsızlıqdan adam öldürmə" ittihamı ilə hakim qarşısına çıxarılıb.
APA-ya istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Meksiko ştatının məhkəməsi aktyoru "Rust" ("Pas") filminin çəkilişləri zamanı ölümlə nəticələnən hadisəyə görə yeni ittiham edib.
Emmi mükafatlı aktyora qarşı əvvəlki ittihamlar 2023-cü ilin aprelində, cinayət mühakiməsinin başlamasına cəmi iki həftə qalmış ləğv edilmişdi.
Lakin prokurorları hadisədə istifadə edilən silahı yenidən məhkəmə-tibbi ekspertizasına göndəriblər.
Qeyd edək ki, hadisə 2021-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatında, Santa Fe şəhəri yaxınlarında çəkiliş meydançasında baş verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun