Hülya Avşarın reklam qonorarı GÜNDƏM OLDU

Hülya Avşarın reklam qonorarı GÜNDƏM OLDU

Məşhur türkiyəli müğənni və aktrisa Hülya Avşar milyonluq reklam müqaviləsi ilə gündəmdədir.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə Kaan Ölkər "Posta" qəzetində yazıb.

Onun sözlərinə görə, Avşar 7 ildir reklam siması olduğu döşək markası ilə yeni müqavilə imzalayıb.

Belə ki, türkiyəli ulduz bu markadan 1 illik reklam üçün 8 milyon TL alacaq.

Qeyd edək ki, açıqlamaları ilə adından söz etdirən aktisanın "Çox var-dövlət insanlara zərər verir. Ailənin, dolana bildiyin qədər pulun olması bəsdir, xoşbəxtlik budur" ifadəsi uzun müddət danışıldı. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun