Türkiyəli mərhum müğənni Kayahan Açarın həyatı film olacaq.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçının qızı Beste Açar ekran işində rol almasını istədiyi aktyorların adını açıqlayıb. O, atasını aktyorlar Yiğit Kirazcı, Taner Ölmez və ya müğənni İpek Açar Kömürcünün canlandıra biləcəyini deyib.
Beste filmdə Kayahanın qızı kimi onu aktrisa Eda Ecenin canlandırmasını istədiyini deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun