"İntim səhnəyə çəkildiyim üçün aylarla stress yaşamışam" - Azərbaycanlı aktrisa

"İntim səhnəyə çəkildiyim üçün aylarla stress yaşamışam" - Azərbaycanlı aktrisa

Tanıınmış aktrisa Sevinc Əliyeva açıqlaması ilə gündəmə gəlib.

Milli.Az big.az-a istinadla bildirir ki, aktrisa "Dalan" filmində çəkildiyi açıq-saçıq kadrlardan danışıb:

""Dalan" filmində balaca bir səhnə var idi. O səhnə mənə o qədər stress yaşadıb ki. Aylarla fikirləşmişəm bu barədə, görəsən, necə olacaq, necə qarşılanacaq. Rejissor deyirdi ki, bu səhnə filmin kuliminasiya nöqtəsidir. O olmasaydı, olmazdı. Çox da açıq-saçıq səhnə deyil, orada kişi və qadının münasibətini göstərən səhnədir. Amma tərbiyəsizlik ya öpüşmə səhnəsi yoxdur".

Qeyd edək ki, Sevinc Əliyeva rejissor Fuad Əlişovla ailəli olub boşanıblar.

Milli.Az