"Emili Paris"dənin ulduzu Eşli Park serialın yeni sezonunun çəkilişləri başlayarkən xəstəxanalıq olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, xəstəxanadan görüntü yayımlayan aktrisa səhhətində ciddi problemlər olduğunu bildirib. Dekabrda tətil zamanı aktrisa septik şoka çevrilən və bir anda bir neçə orqana təsir edən tonzillit yarandığını deyib.
Eşli bildirib ki, xarici ölkədə üç xəstəxanada yatıb, müalicə alıb, reanimasiyada qalıb. O, ağrıların dözülməz olduğunu, saysız-hesabsız dərman içdiyini deyib.
O əlavə edib ki, artıq sağalmaq üzrədir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun