Gürcü əsilli rusiyalı müğənni Valeriy Meladzenin atası Şota Meladze vəfat edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı 90 yaşında dünyasını dəyişib. Bu barədə Meladze özü sosial media hesabında məlumat yayıb.
O, bu səbəbdən qarşıdakı konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını deyib. Meladze yanvarın 20, 23 və 25-də Almatıda keçirilməli olan konsertlərinin tarixini fevralın 2, 4 və 6-na dəyişib. Yanvarın 22-də Daşkənddə keçirilməsi planlaşdırılan konsert isə fevralın 7-nə təxirə salınıb.
Bildirilib ki, əvvəllər alınmış biletlər yeni tarixlər üçün etibarlı olacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun