Məşhur müğənni Rihannanın nişanlısı, reper Eysap Roki məhkəmədə dindirilib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, Los-Anceles məhkəməsində reperin "Relli" ləqəbli keçmiş repçi dostu Terell Efrona 2021-ci ilin noyabrında silahla hücum etməsi işinə baxılıb.
Hakim M.L.Villar video çəkilişlərin və şahid ifadələrinin kifayət olduğunu bildirib. İfadə verənlər arasında "Relli" də olub. Onun sözlərinə görə, Eysapla uşaqlıqdan dost olublar, lakin zaman keçdikcə onların münasibətləri korlanmağa başlayıb və bu da belə bir hadisə ilə nəticələnib.
Növbəti məhkəmə 2024-cü il yanvarın 8-nə təyin edilib.
Qeyd edək ki, reper aprelin 20-də Rihanna ilə Barbadosdan istirahətdən qayıtdıqdan dərhal sonra Los-Anceles hava limanında nəzarətə götürülmüşdü. O, 550 min dollar girov ödədikdən sonra sərbəst buraxılmışdı.
Üç dəfə Efrona atəş açan reper onu sol əlindən yaralayıb.
Los-Anceles prokurorluğundan verilən məlumata görə, Rihannanın sevgilisi 9 il müddətinə həbs oluna bilər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun