Zaur Rzayev: “İndi oğlan ifaçıların səsindən qadın "iyi" gəlir“ – VİDEO

Zaur Rzayev: “İndi oğlan ifaçıların səsindən qadın "iyi" gəlir“ – VİDEO

"Qəribədir, bir nəfər yüz nəfər kimi, yüz nəfər də bir nəfər kimi oxuyur. Yəni səslər bilinmir". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Zaur Rzayev qonaq olduğu "Dikdaban" verilişində deyib. 

Sənətkar kişi müğənnilərin kişi səsi ilə oxumadığını vurğulayaraq, onları tənqid edib: 

"Kişi oxuyanda bilməlisən ki, kişi səsidir. Elə oxuyan oğlanlar var ki, səsindən qadın "iyi" gəlir, tembri yoxdur. Hamısına şamil etmirəm. Hamının səsi var, oxumalıdır? Oxumaq səsi o qədər gözəl olmalıdır ki...

Səs var ki, 10 metr qarşıya çatmır. O qədər aparat var ki, hara istəyirsən, səsi qaldır. Ya da başqa bir müğənninin səsini qoyur, oxuyur. Senzura, baxan yoxdur. İndi məqsəd odur ki, oxuyum, məni toya aparsınlar. Ya da müğənni oxumağa yalvarır ki, məni yaşat, qabağa ver. Bu, sənət deyil, elə bil, bazarda göyərti satırlar". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun