Xəbər verdiyimiz kimi, Əməkdar artist Mehriban Xanlarova Türkiyədə filmə çəkilir.
Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisanın rol alacağı ekran işi "Simuzər" adlanır. Xanlarova filmdə Simuzər obrazını canlandıracaq.
O bildirib ki, bunun üçün rəqs dərsləri alıb:
"Türkiyədə baş rola çəkildiyim "Simuzər" filmində canlandırdığım Simuzər obrazını sizlərlə tanış edirəm. Simuzər obrazını oynamaq üçün İstanbul şəhərində özəl rəqs dərsləri aldım. Peşəkar aktyor səhnədə ondan tələb edilən bütün obrazları canlandırmalıdır və həmin obrazı yaradarkən birinci növbədə özü sevib inanmalıdır ki, tamaşaçıya da sevdirə bildirsin".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun