Amerikalı aktrisa və müğənni Cennifer Lopez "The Ivy" restoranına milyonlarla rubl dəyərində çanta ilə gəlib.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.
Aktyor Ben Afflek və uşaqları ilə birlikdə Kaliforniyanın Beverli Hills şəhərində paparazzilərin obyektivinə tuş gəliblər.
Belə ki, estrada müğənnisi ailə axşamı üçün bənövşəyi və qızılı rəngli "Burberry"dən paltar ($4,990), "Valentino"dan dəri kəmər ($650) və dizə qədər hündür qəhvəyi zamşa çəkmələr ($220) seçib. Bundan əlavə, o, özü ilə qiyməti 42,5 min dollar olan "Grizzly Hermès Birkin" çantası götürüb.
Milli.Az