Aysun illər sonra efirdə atası ilə danışdı!

Aysun illər sonra efirdə atası ilə danışdı!

Müğənni Aysun İsmayılovanın atası Yaşar bəy ilk dəfə açıqlama verib.

OLAY yazır ki, Aysun və anası Rəqsanə İsmayılova “Rəngarəng”də qonaq olarkən o, efirə canlı bağlantı ilə qoşulub.

Atası və qardaş-bacısı Aysunla görüşmək istədiyini bildirib. Yaşar bəy Aysunun adını Ayşə qoyduğunu bildirərək ona belə müraciət edib.

Atası ifaçını evinə dəvət edib. A. İsmayılova bundan sonra efirdə göz yaşı töküb.