Türkiyənin araşdırma şirkəti olan Areda Survey Azərbaycan xalqının Türkiyədə ən çox nələri sevdiyini təhlil edib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Azerbaycan-Türkiye Kardeşlik Araşdırması" adı verilən işdə ümumilikdə hər iki ölkədən 2200 nəfər iştirak edib.
Araşdırma, kəmiyyət tədqiqat metodlarından biri olan "CAWI" texnikasından və "Areda Surveyin Profil Əsaslı Rəqəmsal Paneli"ndən istifadə etməklə həyata keçirilib.
Diqqət çəkən nəticələri təqdim edirik:
Sorğuda iştirak edən azərbaycanlıların yüzdə 15.1-lik hissəsi aktrisa Hande Erçellə, yüzdə 14-ü Fahriyye Evcenlə, yüzdə 12.9-u isə Meryem Üzerli ilə kofe içmək istədiyini deyib.
Həmvətənlərimizin Türkiyədə ən çox izlədiyi film və ya serial yüzdə 37.1 faizlik göstərici ilə "Kurtlar Vadisi" serialı olub. Onu, 13.7 faizlik göstərici ilə "Muhteşem Yüzyıl" və 12.1 faizlik göstərici ilə "Yaprak Dökümü" izləyir.
Azərbaycanlıların Türkiyədə ən çox sevdiyi kişi aktyorlarda isə yüzdən 16.3 faizlik göstərici ilə Çağatay Ulusoy fərqlənib.
Məlum olub ki, Azərbaycanlıların yüzdən 56.3 faizi Türkiyə klublarından "Qalatasaray"ı dəstəkləyir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun