Türk müğənni-aktrisa Banu Alkan dünyaca məşhur model Heyli Biberlə bağlı maraqlı açıqlama verib.
OLAY yazır ki, sənətçi Heylinin “GQ Hype” dərgisinin çəkilişlərində geyindiyi çimərlik geyimini özünün illər əvvəl geyindiyini deyib.
Alkan bildirib ki, model onu təkrarlayıb, hətta təqlid edib.
Qeyd edək ki, Alkan daha öncə Kayli Cennerin onu təkrarladığını, hətta “story”lərinə baxdığını və onunla eyni geyimləri geyindiyini bildirmişdi.