“Ebru Gündeşə qarşı çox tərbiyəsizlik etdim”

“Ebru Gündeşə qarşı çox tərbiyəsizlik etdim”

Türkiyəli pop ulduz Serdar Ortac həmkarı müğənni Ebru Gündeşə qarşı tərbiyəsizlik etdiyini etiraf edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o bu gün səhnədə olmasını və ulduza çevrilməsini Ebruya borclu olduğunu bildirib.

"20 yaşım belə yox idi o zamanlar. Ebru mənim "Kara biberim" mahnımı radioya təqdim elədi, onun israrı ilə bu mahnı radiolarda səsləndirildi və mən bir gecədə məşhurlaşdım. Hər zaman yanımda oldu, dəstək verdi, mənə "pop kralı", "uldu" dedilərsə, bu Ebrunun sayəsində oldu. Amma mən ona qarşı çox sədaqətsiz, etibarsız davrandım. Başı dərdə düşdü, ərindən ayrıldı, malı mülkü məhkəməlik oldu, bir dəfə də olsun zəng etmədim, axtarmadım, "keçmiş olsun" demədim, bunu düşmən düşmənə eləməzdi. Mən ona qarşı çox tərbiyəsizlik elədim, çox peşmanam",- deyə Serdar Ortac bildirib.

Serdar Ortacla Ebru gündeş 2018-ci ildə küsülülüklərinə son qoysalar da, aralarında buzlar tam əriməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun