“Anama qulaq assaydım, bu gün kimlərsə mənə üç dəfə ailə qurub deməzdi”.
OLAY yazır ki, bu sözləri müğənni Bahar Lətifqızı “Rəngarəng” proqramında deyib:
“Gənc qızlarımız örnək götürsünlər. Demirəm ki, məcburiyyət olmamalıdır. Ancaq qarşılıqlı hörmət şəklində ailə qurulmalıdır. Sadəcə mənim anam, qardaşım razı deyilsə, niyə qaçdım? Öz nişanlımla qaçmışdım, aldadıb aparmışdı. Buna baxmayaraq, yenə peşmanlığımı çəkirəm”.