Aşıq Zülfiyyə: “Toylardan qazandığım pulu yorğan-döşək altında...” – VİDEO

Aşıq Zülfiyyə: “Toylardan qazandığım pulu yorğan-döşək altında...” – VİDEO

Aşıq Zülfiyyə İbadova açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi müğənni oğlu Babəklə qonaq olduğu "Rəngarəng səhər" verilişində qazandığı pullardan danışıb. 

Aşıq bildirib ki, toylardan və məclislərdən qazandığı qonorarı əlində saxlamır: 

"Mən evdə çox tapılmıram. Evdə çox pul saxlamıram. Əlimdə pul varsa, onu banka qoyuram və nəsə bir şeylər alıram". 

Zülfiyyənin oğlu Babək isə pulla bağlı bunları söyləyib: 

"Hazırda öz evimi təmir edirəm. Bir otağın təmirini yekunlaşdırıb, digərinə keçirəm. Pulların əksəriyyətini də indi təmirə xərcləyirəm. Toylardan qazandığım pulu isə evdə saxlayıram. Kassada, yoxsa yorğan-döşək altında, onu artıq mən bilirəm. Üzərimdə pul gəzdirmirəm". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun