“Mehriban Zəki ilə bizi ölüm də ayıra bilmədi”

“Mehriban Zəki ilə bizi ölüm də ayıra bilmədi”

Əməkdar artist Dilarə Əliyeva apardığı proqrama qonaq qismində qatılmış Xalq artisti Mehriban Zəkini öz sözləri ilə ağladıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, Dilarə Əliyeva uzun illər davam edən dostluqları barədə danışıb. 

"Onunla yoldaş, yol yoldaşı, qan yoldaşı olmaq, eyni yeri, göyü, fəzanı, hətta eyni qəzanı paylaşmaq belə alın yazısıdır. Bizi döngələr ayırmadı, hətta ölüm belə ayırmadı. Əl-ələ verib gedəcəyimiz çox yol var".

M.Zəki D.Əliyevanın bu çıxışına göz yaşları içərisində cavab verib: "Verilişinin bu məqamı sillə vuran olur. Silləni elə vurdun ki..."

Qeyd edək ki, ötən il Dilarə Əliyevanın həyat yoldaşı Əməkdar mədəniyyət işçisi isçisi Oqtay Əliyev yol qəzasına həlak oldu. Həmin qəza zamanı onların avtomobilində ə Mehriban Zəki də olub. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun