Musiqiçi, bəstəkar, "Boney M" qrupunun qurucusu Frank Farian (əsl adı Frans Royter) 83 yaşında vəfat edib.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Məlumata görə, F.Farian Mayamidəki evində dünyasını dəyişib.
Qeyd edək ki, bəstəkar 1961-ci ildə "Frankie Farian und die Schatten" qrupunu yaradıb və onunla yerli restoranlarda, eləcə də rəqs klublarında çıxış edib. Şöhrəti isə 1964-cü ildə qrup Hamburqda beynəlxalq rok festivalında iştirak edərkən qazanıb. O, 1968-ci ildə solo karyerasına başlayıb. Lakin 1970-ci illərin ortalarından etibarən musiqiçi pop musiqiyə diqqət yetirməyə başlayıb.
Xatırladaq ki, o, "Rasputin" və "Daddy Cool" kimi "Boney M" qrupunun hitlərinin müəllifidir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun