Darvin Nunyes Premyer Liqada ikinci mövsümünü keçirir. O, artıq gəldiyi ilk vaxtlardan daha yaxşı formadadır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Uruqvaylı "Liverpul"un heyətində bütün turnirlərdə 31 oyun keçirib, 10 qol vurub və 10 asist edib. Sözsüz ki, mövsümün sonuna qədər bu statistikanı yaxşılaşdıracaq. Görünür, hücumçu nəhayət ingilis futboluna uyğunlaşıb.
"Liverpul"un hücumçusunun uğurunda sevgilisi Lorena Manasın da payı var. O, futbolçunun ən yaxın və ən yaxşı dəstəkçisi hesab edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun