"Oskar" mükafatı laureatı Nikol Kidman ötən axşam qatıldığı qala gecəsində füsunkar görünüşü ilə diqqət çəkib.
Milli.Az lent.az-a istinadən bildirir ki, dərin dekolteli qara libası ilə kameralar qarşısında poza verən Kidman cəsarətli seçimi ilə izləyiciləri valeh edib.
56 yaşlı Kidman Hollivudun ən uzun boylu qadınlarından biridir. 180 sm boyu olan aktrisa özü barəsində maraqlı fikirlər səsləndirib.
"Bir zamanlar çox arıq və çox hündür olduğum üçün mənə lağ edir, aktrisa kimi uğurlu olmayacağımı deyirdilər. Onu deyənlər indi imzamı almaq üçün can atırlar",- deyə aktrisa bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun