Səhhətində problem yaranan əməkdar artist Gülzar Qurbanova vəziyyətini açıqlayıb.
Milli.Az xəbər verir ki, 53 yaşlı aktirsa ona görə narahat olanlara səslənib.
"Sizi rahatsız etdiyimə görə üzr istəyirəm, artıq yaxşıyam. Adətən mən insanları belə şeylərlə yükləməyən biriyəm. Hətta koronavirusun ən ağır mərhələsindən keçib və bir ay öncə 65.35 təzyiq ilə az qala komaya düşəcək vəziyyətdə də belə paylaşım etməmişəm. Yəqin sizə ehtiyac duymuşam deyə yazdım. Şərhlərinizi bir-bir oxudum, kövrəldiyim də oldu, sevindiyim, qürurlandığım da. "Votsap"a yazılan xoş sözlərinizə görə hər birinizə ayrı-ayrılıqda yaza bilməsəm də, hər birinizə xüsusi təşəkkür edirəm. Bu qədər həssas və təmənnasız dostlarım məni həm də həyata bağlayır, yaşamağa məcbur edir. Üç gündür xəstəyəm. Bu gün gecə hərarətim 41 idi, nəfəsimi kəsdi, təcili yardım gələnə kimi. Yenə də Əzrayıl çökmüşdü sinəmə. Əjdaha ili deyil, əzrayıl ilidi...", - Gülzar Qurbanova öz sosial media hesabında paylaşıbm edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun