Müğənni Aysel Əlizadənin Maldiv istirahətindən qayıdarkən başına iş gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi bununla bağlı özü açıqlama yayıb. O bildirib ki, adadan qayıdarkən istifadə etdikləri hava yolları onlardan çoxlu pul tələb edib:
"Digər hava yollarında əlavə baqaj almaq olur. "Qatar" şirkəti ilə uçanda isə buna icazə yoxdur, biznesdə sənə 40 kiloqram yük verilir. Öncədən ödəmək olmur, yerində ödəməlisən. Dedilər, 8 kiloqram artığınız var və 580 manat ödədik. Bakıdan Dohaya, oradan isə Maldivə uçurduq. Oradan isə heç nə almamışıq. Kilo artımı olacaq heç nə yoxdur. Əl bağajına isə heç nə qoymamışam. Qayıdanda dedim ki, əlavə pul ödəməkdənsə, əl baqajından istifadə edək. Mən və rəfiqəm artıq yükü əl baqajına yığdıq. Maldivdə hava limanına gələndə rahatam ki, yüküm ağır deyil. Amma deyirlər ki, 14 kiloqram artığınız var. Təəccübləndim ki, necə ola bilər? Bilirəm ki, ola bilməz. Nə oldu baqaj Maldivdə kökəldi? Bizdən 560 dollar pul aldılar. Pulu ödəyəndən sonra çek almadım, əsəbi idim".
Aysel bildirib ki, bizneslə uçduqları halda onları yeməyə buraxmayıblar:
"Gəlib Dohaya çatanda yeməyə qalxdıq. Bizə deyirlər ki, sizin bura daxil olmağa icazəniz yoxdur. Bizdə isə biznesdir, gələndə istifadə etmişik. Deyirlər, əvvəlki elit idi, bu yox. Necə ola bilər? Eyni pul ödənilib, eyni uçuşdur. Deyir siz o kateqoriya deyilsiniz, sizi ən aşağı kateqoriya edirik. Bu şirkətlə uçmayın. Haqsızlıqdır, insanları ələ salırlar. Ürəkləri nə istəyirdi elə edirlər. Deyir, bunun üçün 137 dollar ödəməlisiniz. Niyə? Bu qədər bilet, yük, hələ bir bir adama 137 dollar yeməyə ödəyim? Bizim turizm şirkəti şikayət edib, amma sübutumuz yoxdur. Çeki götürmədik, bizi gipnoz etdilər. Bəlkə mənim cibimdə o pul yoxdur, niyə edirsiniz?".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun