Tolikdən Əlikrama: "Bu nə "düşüklükdür"?" – FOTO

Tolikdən Əlikrama: "Bu nə "düşüklükdür"?" – FOTO

Xəbər verdiyimiz kimi, ötən axşam müğənni Əlikram Bayramov oğlu Qaliblə birgə Nanə Ağamalıyevanın aparıcısı olduğu "7 tamam" verilişinə çıxaraq, 2012-ci ilin avtomobilini 40 min dollara (təxminən 68 min manat) satmağa çalışıb. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, sözügedən məsələyə aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında qalmaqallı şərh bildirib. 

"Efirdə avtomobil alqı-satqısını da gördük. Bu nə deməkdir? Bu nə "düşüklükdür"? Sonra da hamısı səviyyədən danışırlar. Verilişinizdə "Maşın bazarı" açın, bəlkə alan olar? Bu milləti nə vaxta qədər avam yerinə qoyacaqsız?", - deyə Tolik vurğulayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun