Xəbər verdiyimiz kimi, müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.
Bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb və iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.
Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.
Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı qərardan xəbəri olmadığını, "bal ayı"nda olduğunu deyib:
"Qərardan xəbərim yoxdur. Bu işlərlə vəkilim məşğul olur. Mən bal ayındayam. Bal ayım hələ qurtarmayıb".
Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun