Alena 22 yaşlı sevgilisi ilə görüntüləndi - FOTO

Alena 22 yaşlı sevgilisi ilə görüntüləndi - FOTO

Şəxsi həyatının təfərrüatlarını nadir hallarda reklam edən teleaparıcı Alena Vodonaeva qaydaları dəyişərək yeni sevgilisi ilə tədbirlərin birinə qatılıb.

Milli.Az olay-a istinadən bildirir ki, "Priscilla: Elvis və mən" filminin premyerasında cütlüyü "Super" portal görüntüləyib.

41 yaşlı Alenanın sevgilisinin 22 yaşlı Qriqori Ter-Mkrtiçan olduğu ortaya çıxıb. 

O, Moskva Dövlət İnşaat Mühəndisliyi Universitetində oxuyub, amma deyəsən, idmanda öz ixtisası üzrə işləməyə üstünlük verib: Qriqori ikinci dərəcəli sambo ilə peşəkar şəkildə məşğul olur. 

Oğlanın atası sahibkardır: 2012-ci ilə qədər o, yükdaşıma şirkətinin ortağı olub və eyni zamanda icarə sənayesində biznes sahibi olub. Qriqorinin bacısı, 28 yaşlı Sofiya, öz biznesini inkişaf etdirir: sosial şəbəkələrə görə, onun geyim mağazası var.

Qeyd edək ki, cütlük cəmi bir aydır ki, sevgilidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun