Xalq artisti : "TikTok-da pul yığacağam"

Xalq artisti : "TikTok-da pul yığacağam"

"İnsanlar mənə deyir ki, sizin yeni rollarınızı görmək istəyirik. Deyirəm, gəlin teatra, orada obrazlarım var. Rejissorlar mənə rol verməlidirlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva "10-da görüşək" proqramında deyib. Aktrisa rejissorların onu filmə çəkməməsindən şikayətlənib:

"Sponsor qapısına getməyi sevmirəm, etməmişəm də. Heç Mədəniyyət Nazirliyinin qapısı haradan açılır bilmirəm. Bu yaxınlarda yolum ora düşmüşdü, fırlanıb qapını güclə tapdım. Məndə çəkingənlik var. Sponsor lazımdır filmə çəkilməyə. TikTok-da məni sevənlər çoxdur, yazırlar yeni filmlərə çəkil. Düşünürəm ki, TikTok-da insanlara müraciət edim, hesab açıb pul yığım. Deyim ki, ikibölümlü film çəkmək istəyirəm. Yaxşı ssenarilərim var. Hesaba pul yığılsın, mən də film çəkim".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun