Aygün Kazımovanın səhifəsinin qayıtmasına belə sevindilər - VİDEO

Aygün Kazımovanın səhifəsinin qayıtmasına belə sevindilər - VİDEO

Xalq artisti Aygün Kazımovanın oğurlanan instaqram səhifəsi bərpa olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni 1,4 milyondan çox izləyicisinin olduğu hesabının qayıtmasını tədbirdə olarkən öyrənib.

Həmin an Pop divanın yanında olan dostları sevinclərini gizlədə bilməyiblər. Onların həmin görüntüləri sosial şəbəkədə yayılan videoda əks olunub. 

Qeyd edək ki, səhifəni ələ keçirilənlər onun hesabında paylaşım edərək müğənnini şantaj etmiş və 10 min avro pul istəmişdilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun