Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Azərbaycana qayıtma səbəbindən danışıb.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, 19 il Şimali Kipr Respublikasında yaşayan bəstəkar bu barədə "Süjet" rubrikasına açıqlamasında bildirib:
"Mənim bura gəlməyimdə əsas səbəb yığılıb qalan əsərlərimin ifa taleyi olub. Çünki mən yaşadığım yerdə bu mahnının ifrası üçün nə kollektiv var idi nə dəki oradakı musiqi həyatı buna imkan vermirdi. Amma əsərlərim çox idi.
Onların arasında irihəcmli olanları da var idi. Fikirləşirdim ki, bu əsərlər ifa olunmalıdır. Həm də səhhətimlə bağlı problemlər çıxdı. Həkimlər mənə dedilər ki, çalış qohum-əqrabaya yaxın yerdə yaşa. Sənə lazım ola bilərlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun