Aparıcı, prodüser Tarix Əliyev atasının vəfat il dönümündə onun məzarını ziyarət edib.
Milli.Az azxeber.com-a istinadən verir ki, o, "instagram" hesabındakı duyğusal paylaşımı ilə sevənlərini kədərləndirib.
"Zaman da həyat kimi etibarsız, vəfasızdır. İllər nə tez keçdi, düz 3 il öncə, elə bu saatlar idi ki, sənin qəflətən öldü xəbərini mənə telefonda dedilər. O an içimdən nə keçirdiyimi, nə hisslər yaşadığımı valideyn itirən hər kəs bilir. Telefonda susdum, ne deyecəyimi , neyneceyimi bilmirdim. Maşına oturdum... və yolda anladım ki, artıq mənim də atam yoxdu. Sadəcə xatirələrin, yadigarın qaldı bir də mənə etibar etdiyin Fatimə bacım. Yoxsan bilirəm, haqq dünyasındasan!! Bilirəm ki, də məni qoruyursan, məni esidir, mənə görə narahat olursan. Amma aldığım acı xəbər tək bu deyildi. Sən sevdiyin qadını da çox qısa müddətdə yanına apardın... Sizsiz qaldıq! Amma bilirik ki, rahatsınız. Bir -birinizə orda da həyansınız. Ürəyimdə sənə demək istədiyim o qədər şey var ki, yolun düşsə bu dünyaya bir də gəl deməyi o qədər istəyirəm ki!".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun