Başı qalmaqallardan açılmayan dünya pop səhnəsinin ulduzu Britni Spirs paylaşımı ilə ağılları qarışdırıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, sənətçi sosial şəbəkə hesabında güzgü önündə köynəksiz selfi çəkdirən naməlum kişinin şəklini izləyiciləri ilə bölüşüb.
Şəkildə kişinin üzü demək olar ki, görünməyib. Britni paylaşımına "Bu mənim əmimdir. Onun kürəyi mənim üzümdürsə?" sözlərini yazıb. Müğənninin bu hərəkəti pərəstişkarlarını çaş-baş qoyub. Onlar Spirsin niyə belə bir şəkil paylaşdığına anlam verə bilməyiblər.
Qeyd edək ki, Britni Spirs fitnes məşqçi Sem Asgari ilə avqustun 17-də boşanıb. İddialara görə, buna səbəb Spirsin Kaliforniyadakı evlərində ev işçilərindən biri ilə ərini aldatması olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun