"İctimai TV"nin məşhur "Əqrəb mövsümü" serialının ikinci mövsümünün çəkilişləri başa çatıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bununla bağlı aktyor Azər Aydəmir məlumat yayıb. A.Aydəmir sosial şəbəkələrdəki səhifələrində "Əqrəb mövsümü" serialının ikinci sezonunun çəkilişlərinin başa çatdığını elan edərək, çəkilişlərin son günündə layihə komandası ilə birlikdə çəkilmiş videonu təqdim edib.
Aktyor videoya şərhində qeyd edib ki, serialın İTV kanalında yayımlanma tarixi hələ məlum deyil. Ekran işinin "İki dünya bir olsa da" adlı tanıtım çarxı bir müddət əvvəl təqdim edilmişdi.
Layihənin rejissoru Emil Quliyev, ssenari müəllifi isə layihədə baş rolu ifa edən Azər Aydəmirdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun