Əməkdar artist Könül Kərimova doğum günü olan oğluyla bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi övladı ilə şəklini instaqramda izləyiciləri ilə bölüşüb və ürək sözlərini yazıb:
“Bu gün oğlumun dünyaya gələn günüdür... Dünyaya gəlişin evimizə işıq, nur gətirmişdi. Ürəkdən sevinmək necə olur, oğlum... o günü hiss etdim. Bütün gözəl duyğuları səndə tapdım mən. Xoş günümdə də sənə baxıb fərəhləndim. Çətin günümdə də sənə baxıb. şükür etdim. Bu gün də şükür edirəm. Çox şükür, oğlum. Nə yaxşı ki, varsan. Ananın, bacının arxa-dayağı oğlum, varlığın bu dünyada hər şeydən əzizdir. Bizim dəyərli varlığımız, dünya durduqca var ol! Doğum günün mübarək olsun!”.
Qeyd edək ki, sənətçinin iki övladı var.