Xalq artisti Aygün Kazımova meyxanaçı Namiq Qaraçuxurlu ilə münasibətlərindən və yeni layihəsindən söz açıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi doğum günü məclisində danışıb.
"Biz hər zaman Namiqlə görüşəndə salamlaşırdıq. Bizi Moskvaya toylara birlikdə dəvət edirdilər. Nədənsə vətənimizdə o buz əriməmişdi. Bu, avtomatik baş verdi. Bir tədbirə dəvət aldıq. Ondan sonra Namiq ilə daha çox birlikdə çıxışlarımız oldu. Yeni duetimiz olacaq. Namiq həmin mahnı üzərində çalışır. Burada isə ən böyük məsuliyyət Namiqin üzərinə düşür.
Çünki mahnının musiqisi və sözlərini o yazır. Mənə nə var ki, mən otururam, deyirəm ki, bunu çıxar (gülür). Neçə ildən sonra bu duetin üzərinə elə duet gəlməlidir ki... Və bu qədər yaşananlar... Bilirəm, ağlınızdan min şey keçir, amma onu cavablandırmayacağam. Ona görə də çalış, Namiq, çalış", - deyə Aygün vurğulayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun