"Kurtuluş Orhan" serialının ikinci mövsümünün çəkilişlərinə başlanılması ilə bağlı qərar verilib.
Milli.Az xəbər verir ki, layihənin birinci mövsümünün final bölümü iyunun son həftəsində tamaşaçılara təqdim olunacaq.
Məlumata görə, ekran işi növbəti mövsümdə də Türkiyənin "ATV" televiziya kanalında yayımlanmağa davam edəcək.
Xatırladaq ki, serialın baş qəhrəmanı Orhan bəy obrazını tanınmış aktyor Mərt Yazıcıoğlu canlandırır.
Hüseyn
Milli.Az
















