Bloger Ayni Khalid (Aynişan Quliyeva) uzun zaman sonra müğənnilik fəaliyyətini bərpa edib.
OLAY yazır ki, sənətçinin “Səndən sonra” adlı yeni mahnısı dinləyicilərin ixtiyarına verilib. Mahnının müəllifi Vüqar Babayevdir.
Lirik əhvalda hazırlanan musiqi işinə çəkilən klip Nyu-Yorkda lentə alınıb. Klipdə şəhər mühiti və vizual kadrlar mahnının mövzusu ilə uyğun şəkildə təqdim olunub.
Qeyd edək ki, “Səndən sonra” Ayni Khalidin 2023-cü ildə Orxan Zeynallı ilə təqdim etdiyi “İllər sonra” duetindən sonra yayımlanan ilk solo musiqi işidir və hazırda bütün rəqəmsal platformalarda yayımlanır.
















