Vaxtilə Kanadanın ən varlı adamlarından biri kimi tanınan iş adamı və moda imperatoru Peter Nigardın davam edən məhkəmə prosesində qərar verilib.
Milli.Az oxu.az-a istinadən bildirir ki, 82 yaşlı iş adamı çıxarıldığı məhkəmədə təqsirli bilinib.
Nigardın qadınları otaqda tələyə saldıqdan sonra onlara hücum etdiyi iddia edilib.
Altı həftə davam edən məhkəmə prosesinin sonunda məhkəmə heyəti Nigardın "öz statusundan istifadə edərək" beş qadına cinsi təcavüz etdiyi qənaətinə gəlib.
Onun 1980-ci illərin sonundan 2005-ci ilə qədər beş qadına hücum etdiyi məlum olub və cinsi təcavüz ittihamı üzrə təqsirli hesab edilib.
Nigard bu ittihamları rədd edib, vəkilləri isə bu iddiaların "pul qoparmaq" üçün irəli sürüldüyünü bildiriblər.
Prokurorların sözlərinə görə, Nigard o dövrlərdə 16-28 yaşlarında olan qadınları Torontoda şəxsi lüks yataq otağına cəlb edib. Prokuror Ana Serban yataq otağı ilə bağlı təfərrüatlar barədə açıqlama verib. "Nəhəng bir çarpayı və bar var idi. Qapıların qulpu yox idi və Peter Nigard tərəfindən idarə olunan avtomatik qıfıllar var idi", - deyə o qeyd edib.
Nigardın qadınları otağa həbs etdiyi və daha sonra onlara hücum etdiyi ittihamı irəli sürülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun