"Ana olandan sonra həyatımda hər şey dəyişdi"

"Ana olandan sonra həyatımda hər şey dəyişdi"

Müğənni Kamilə Nəbiyeva ana olandan sonra həyatında yaşadığı dəyişikliklərdən söz açıb.

Milli.Az xəbər verir ki, "Qonaqcanlı" proqramında yer alan ifaçı daha məsuliyyətli olduğunu deyib:

"Hər şey dəyişdi. Məsuliyyətli olmağa başlayırsan. Bu hisslər dildə deyiləcək deyil. O, qədər dərin və mənalı olur ki... Həyat insanın gözündə daha dəyərli olur".

Qeyd edək ki, Kamilə ötən il prodüser  Pərvin Fətəliyevlə ailə qurub. (Axşam.az)

Milli.Az