Mika Can Raun saxlanıldı!

Mika Can Raun saxlanıldı!

“Mika Can Raun” ləqəbi ilə tanınan sosial media fenomeni Mikail Can Kurnaz saxlanılıb.

OLAY yazır ki, açıqlamaya görə, İstanbul Respublika Prokurorluğunda aparılan 2025/280882 saylı istintaq çərçivəsində o, TCK 216 (ictimaiyyəti kin və düşmənliyə təhrik və ya təhqir) və TCK 191 (istifadə məqsədilə narkotik və ya psixotrop maddə alma, saxlama və istifadə) maddələri üzrə şübhəli bilinir.

Bildirilir ki, 30.01.2026 tarixində keçirilən əməliyyat zamanı 1 şübhəli şəxs saxlanılaraq gözaltına alınıb.