“Evdə tək”in baş rol ifaçısı Makoley Kalkin filmdə anası obrazını canlandırmış Ketrin O'Haranın vəfatı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, məşhur aktyor kədərini instaqram hesabındakı paylaşımda bölüşüb.
“Ana. Bizim hələ vaxtımız olduğunu düşünürdüm. Daha çoxunu istəyirdim. Sənə deyəcək çox sözüm vardı. Səni sevirəm. Daha sonra görüşənədək”, - Kalkin qeyd edib.
O, həmçinin paylaşımına O'Hara ilə birgə fotosunu da əlavə edib.
















