Göksel gənc qalma sirrini açıqladı

Göksel gənc qalma sirrini açıqladı

Türkiyənin məşhur müğənnisi Göksel Bakıda maraqlı açıqlamalar verib.

OLAY-ın məlumatına görə, sənətçi gənc qalma sirrlərini açıqlayıb.

“53 yaşındayam. Məncə, musiqi və davamlı hərəkətdə olmaq məni dinc saxlayır. Daha yavaş yaş alıyorum. Yemək yeməyi çox sevirəm, amma yemirəm. İdmanıma və pəhrizimə diqqət edirəm. Dərimə qulluq edirəm, arada bir botoks etdirirəm”, - deyə, Göksel bildirib.

Qeyd edək ki, Göksel bu gün Heydər Əliyev adına Sarayda konsert verəcək.